BAKI, 11 fevral. TELEQRAF
Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı və Sumqayıt şəhərlərində liftdə qalma ilə bağlı daxil olan müraciətlər əsasında Nazirliyin müvafiq xilasetmə qüvvələri tərəfindən 4 xilasetmə əməliyyatı keçirilib.
Nazilikdən Teleqraf-a verilən məlumata görə, həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 2-si uşaq olmaqla 8 nəfərə müvafiq köməklik göstərilib.