
Ağstafada arı vurması nəticəsində ölən gənc oğlan dəfn zamanı ayılıb.
Teleqraf.com xəbər verir ki, 24 yaşlı İlqar Qəhrəmanovu basdırmağa aparan zaman o tərpənib. Qəbiristanlıqda məlum olub ki, o sağdır. İ.Qəhrəmanov dərhal xəstəxanaya aparılsa da. həkimlər onun həyatını xilas edə bilməyiblər.
Kənd sakinlərinin bildirdiyinə görə, onun ölümünə səbəb arı sancması yox, xəstəxanada qan laxtalaşdırıcı iynənin vurulması olub.
Belə ki, İlqar Qəhrəmanov dünən günortadan sonra vəfat etdiyi üçün adət-ənənəyə görə onun dəfni bu gün səhər saatlarına saxlanılıb. Meyitin evdə səhərə kimi qoxu yaymaması və şişkinlik yaratmaması üçün qan laxtalaşdırıcı iynə vurulub.
/Qafqazinfo/