Bakının Nizami rayonunda qətl hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun Keşlə qəsəbəsində 2003-cü il təvəllüdlü Elvin Bayramov kirayə yaşadığı evdə 1974-cü il təvəllüdlü Əhəd Əhmədovu bıçaqlayaraq öldürüb.

Polis və prokurorluq əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Elvin Bayramov həbs edilib.

Faktla bağlı Xətai rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.