BAKI, 24 noyabr. TELEQRAF

Portuqaliyanın “Benfika” klubunun argentinalı futbolçusu Canluka Prestiani Fransa təmsilçisi PSJ-nin transfer təklifini rədd edib.

Teleqraf xəbər verir ki, bu barədə “Record” nəşri məlumat yayıb.

Fransa klubu zədələnən Dezire Due və Xviça Kvaratsxeliyanın mümkün əvəzləyicisi kimi 20 yaşlı vingeri nəzərdən keçirib. Lakin futbolçu qış transfer pəncərəsində klubunu dəyişmək niyyətində deyil və ən azı cari mövsümün sonunadək Lissabon təmsilçisində qalmaq istəyir.

Məlumata görə, Prestianinin “Benfika” ilə müqaviləsi əvvəlcə 2029-cu ilin yayına qədər nəzərdə tutulsa da, tərəflər anlaşmanı yeniləmək barədə razılığa gəliblər. Yeni müqavilə 2031-ci ilin yayına qədər qüvvədə olacaq.

Qeyd edək ki, Argentina millisinə dəvət alan futbolçunun Transfermarkt portalına əsasən, bazar dəyəri 40 milyon avrodur.