BAKI, 20 noyabr. TELEQRAF

İspaniyanın “Real Madrid” klubu Federiko Valverdenin müqaviləsini yeniləyəcək.

Teleqraf xəbər verir ki, bu barədə “The Athletic” məlumat yayıb.

Madrid klubu uruqvaylı yarımmüdafiəçi ilə 2031-ci ilin ortalarına qədər qüvvədə olacaq yeni uzunmüddətli müqavilə imzalayacaq.

Sözləşmədə futbolçunun mümkün transferi üçün 1 milyard avro məbləğində sərbəstqalma bəndi nəzərdə tutulacaq.

Qeyd edək ki, Valverdenin hazırkı müqaviləsi 2029-cu ilin yayına qədərdir. O, 2018-ci ildən “Real”ın əsas komandasında çıxış edir.

26 yaşlı futbolçu 2026/2027 mövsümündə 15 oyunda 3 qol vurub və 2 məhsuldar ötürmə edib.