BAKI, 20 noyabr. TELEQRAF

"Çox şadıq ki, münasibətlərimiz strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Cənab Prezidentin keçənilki səfəri bizim əlaqələrimizin inkişafı baxımından həlledici olmuşdur".

Teleqraf xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 20-də Vyetnamın Baş naziri Le Minh Hunq ilə görüşündə deyib.

Dövlət başçısı Vyetnam Prezidentinin dəvətini böyük məmnuniyyət hissi ilə qəbul etdiyini və bir ildən sonra bu ölkədə səfərdə olduğunu bildirib:

"Gözəl ölkənizdə olmağa çox şadam. Mənim ölkənizə sonuncu səfərimdən 10 ildən artıq vaxt keçib və mən bir çox dəyişikliklərin şahidiyəm. Ölkənizin sosial və iqtisadi inkişafında bütün nailiyyətlər, həmçinin beynəlxalq arenada böyük uğurlarınız münasibətilə Sizi təbrik edirəm".