BAKI, 20 noyabr. TELEQRAF

Badamdar-20-ci sahədə monitorinqlər davam etdirilir.

Teleqraf xəbər verir ki, bu barədə Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi məlumat yayıb.

Bildirilib ki, agentliyinin mütəxəssisləri tərəfindən Səbail rayonu, Badamdar-20-ci sahədə aparılan növbəti monitorinqlər zamanı əvvəl qeydə alınmış nəticələrlə müqayisədə sürüşmə sahəsində çatların bir qədər də genişləndiyi və aktivliyin davam etdiyi müəyyən edilib.

"Ərazidə vəziyyətin dinamikası izlənilir", - məlumatda qeyd olunub.