BAKI, 19 noyabr. TELEQRAF
“Xankəndi” futbol klubu yenidənqurmadan sonra doğma stadionunda ilk rəsmi oyununa çıxıb.
Teleqraf xəbər verir ki, Azərbaycan I Liqasının VIII turunda komanda Xankəndi Şəhər stadionunda “Karvan-Yevlax”ı qəbul edib.
Kamranbəy Rəhimovun idarə etdiyi qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu nəticədən sonra “Karvan-Yevlax” 16 xalla turnir cədvəlinin III pilləsində, “Xankəndi” isə 6 xalla VIII pillədə yer alıb.
Qeyd edək ki, Xankəndi Şəhər stadionu əsaslı yenidənqurmadan sonra noyabrın 7-də Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə istifadəyə verilib.