BAKI, 19 noyabr. TELEQRAF
Fransanın PSJ klubu braziliyalı futbolçusu və komandanın kapitanı Markinyosla müqavilənin müddətini uzatmaq niyyətindədir.
Teleqraf xarici KİV-ə istinadən xəbər verir ki, Paris təmsilçisi 32 yaşlı müdafiəçiyə 2029-cu ilin yayına qədər müqavilə təklif edib.
Hazırda tərəflər arasında danışıqlar davam edir.
Qeyd edək ki, Markinyos 2013-cü ildən PSJ-də çıxış edir. Onun klubla hazırkı müqaviləsi 2028-ci ilin yayına qədərdir.