BAKI, 20 noyabr. TELEQRAF

Polşa Baş naziri Donald Tusk ölkənin hava məkanının pozulması ilə əlaqədar təcili müşavirə çağırıb.

Teleqraf xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsində bildirib.

Müşavirədə nazirlər, Polşa ordusunun nümayəndələri və xüsusi xidmət orqanlarının rəhbərləri iştirak edəcəklər.

"Polşanın hava məkanının pozulması ilə əlaqədar nazirlərin, Polşa Silahlı Qüvvələrinin nümayəndələrinin və xüsusi xidmət orqanları rəhbərlərinin iştirakı ilə müşavirə çağırdım", – Donald Tusk qeyd edib.