BAKI, 20 noyabr. TELEQRAF

Gürcüstanın ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Davit Sonqulaşvili Daşkəndə səfəri çərçivəsində Özbəkistanın investisiya, sənaye və ticarət naziri Laziz Kudratov ilə görüşüb.

Teleqraf xəbər verir ki, nazirlər görüşdə iki ölkə arasında ticari-iqtisadi əlaqələrin dərinləşdirilməsi perspektivlərini və gələcək əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Davit Sonqulaşvilinin sözlərinə görə, ikitərəfli münasibətlərin dərinləşməsi həm ticarət dövriyyəsinin artmasına, həm də biznes sektorları arasında əlaqələrin genişlənməsinə töhfə verəcək.

Söhbət zamanı özəl sektorlar arasında əməkdaşlığın gücləndirilməsinin vacibliyi də müzakirə olunub.