BAKI, 20 noyabr. TELEQRAF
Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə Bakı, Gəncə və Mingəçevir şəhərlərində bağlı qapı arxasında qalma ilə bağlı daxil olan müraciətlər əsasında Nazirliyin müvafiq xilasetmə qüvvələri tərəfindən 5 əməliyyat keçirilib.
Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, həyata keçirilən tədbirlər nəticəsində 1-i uşaq olmaqla 2 nəfər xilas edilib, 1 nəfərə müvafiq köməklik göstərilib və 2 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.