BAKI, 20 noyabr. TELEQRAF

Azərbaycan və Vyetnam arasında enerji təhlükəsizliyi və daşınmaz əmlak sahələri də daxil olmaqla çoxlu önəmli layihələr üzərində iş gedir.

Teleqraf xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 20-də Vyetnamın Baş naziri Le Minh Hunq ilə görüşündə deyib.

Dövlət başçısı sosial-iqtisadi sahədə müsbət dinamikanın müşahidə olunduğunu vurğulayıb:

"Lakin əlbəttə, əldə olunan nəticələrlə kifayətlənə bilmərik. Buna baxmayaraq, Sizin qeyd etdiyiniz kimi, hazırda üzərində iş gedən çoxlu önəmli layihələrimiz var, o cümlədən enerji təhlükəsizliyi və daşınmaz əmlak sahələrində".