BAKI, 20 noyabr. TELEQRAF

Xocalı soyqırımının şahidi, ailə üzvləri ilə birlikdə erməni əsirliyində qalan Salman Abbasov dünyasını dəyişib.

Bu barədə Teleqraf-a onun yaxınları məlumat verib.

Bildirilib ki, Salman Abbasov 86 yaşında xərçəng xəstəliyindən vəfat edib.

O, Xocalının işğalından sonra Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində məskunlaşmışdı.

Qeyd edək ki, Salman Abbasov jurnalist Çingiz Mustafayevin Xocalı soyqırımı zamanı lentə aldığı kadrlarla yaddaşlarda qalan Ləfxanım Mahmudovanın atasıdır.