BAKI, 19 noyabr. TELEQRAF

İspaniyanın “Real Madrid” və “Atletiko Madrid” klublarının sabiq qapıçısı Antonio Adan futbolçu karyerasını başa vurub.

Teleqraf xəbər verir ki, 39 yaşlı ispaniyalı qapıçı bu barədə sosial şəbəkə hesablarında paylaşım edib.

Adan karyerasını bitirməsi ilə bağlı yayımladığı videoda bu sözləri bildirib:

“Uşaqlıqda arzuladığım hər şeyi yaşamaq mənə nəsib oldu. Qazandım, uduzdum, ağladım və sevindim, amma hər şeydən əvvəl öyrəndim. Mənə bu fürsəti verən hər kəsə – komanda yoldaşlarıma, məşqçilərimə, evimə çevrilən klublara və daim yanımda olan ailəmə təşəkkür edirəm. Futbol mənə hər şeyi verdi. Artıq meydanda onun səsini eşitməsəm də, bilirəm ki, bu xatirələrimdə əbədi qalacaq. Təşəkkürlər, futbol. Bu, mənim üçün böyük şərəf idi”.

Qeyd edək ki, Antonio Adan “Real”ın heyətində İspaniya çempionu olub, ölkə kubokunu və Superkubokunu qazanıb. O, “Atletiko” ilə UEFA Superkubokunun qalibi olub.