BAKI, 20 noyabr. TELEQRAF

"2020-ci ildə ərazimizin işğaldan azad edilməsi uğrunda müharibə zamanı biz Vyetnam xalqı və Hökuməti tərəfindən həmrəylik gördük, siz bizə güclü dəstək göstərdiniz, o cümlədən BMT Təhlükəsizlik Şurasında".

Teleqraf xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 20-də Vyetnam Sosialist Respublikasının Baş naziri Le Minh Hunq ilə görüşündə bildirib.

Dövlət başçısı münasibətlərin tarixi boyunca ölkələr arasında yüksəksəviyyəli həmrəylik və dostluğun mövcud olduğunu qeyd edib:

"Siz Vyetnam Prezidentinin 1959-cu ildə Azərbaycana səfərini qeyd etdiniz. Prezident Ho Şi Min əziz qonaq kimi qarşılanmışdı. Azərbaycan xalqı sizin müstəqillik və azadlıq uğrunda mübarizənizi, xalqınızın işğal dövründə göstərdiyi qəhrəmanlığı qətiyyətlə dəstəkləyib".