BAKI, 19 noyabr. TELEQRAF
“Rusiya, ABŞ və Çin Xalq Respublikasını İkinci Dünya müharibəsində qalib gəlmiş ölkələr statusu ilə yanaşı, beynəlxalq sülhün qorunmasına görə məsuliyyət də birləşdirir”.
Teleqraf xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Çinin Şençjen şəhərində amerikalı və çinli həmkarları ilə üçtərəfli görüşdə deyib.
O qeyd edib ki, dünya müharibəsindən sonra Rusiya, Çin və ABŞ BMT-nin yaradılmasının təşəbbüskarları sırasında olublar, buna görə də beynəlxalq hüquq sisteminin möhkəmləndirilməsi vəzifəsi onların üzərinə düşür.
“Mən öz tərəfimdən əminəm ki, Rusiya, Çin və ABŞ xalqları qarşılıqlı hörmət, bərabərlik və maraqlar balansına əsaslanan konstruktiv və tərəfdaşlıq şəklində əməkdaşlıq edərsə, dünyada təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsinə əhəmiyyətli töhfə verə bilərlər”, - Vladimir Putin əlavə edib.