Qazax sakini kafenin qarşısında bıçaqlanıb.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, Qazax sakini 2003-cü il təvəllüdlü Rəhman Privadiyev kəsici alətdən aldığı xəsarət nəticəsində rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Ona ilkin tibbi yardım göstərilib, vəziyyəti kafidir.
İlkin məlumata görə, adıçəkilən şəxsi kafelərin birinin qarşısında düşən mübahisə zamanı 1993-cü il təvəllüdlü Qəfər Dilənçili kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinir.
Faktla bağlı Qazax rayon Polis Şöbəsində araşdırma başlanılıb.