BAKI, 19 noyabr. TELEQRAF
Şençjen şəhərində Çin Sədri Si Cinpin, Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında üçtərəfli görüş başlayıb.
Teleqraf xəbər verir ki, bu barədə Çinin “Xinhua” agentliyi məlumat yayıb.
Görüş Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) çərçivəsində keçirilir.
Rusiya, ABŞ və Çin liderləri tarixdə ilk dəfədir görüşür.
Sammitdən əvvəl üç ölkənin liderləri arasında ikitərəfli görüşlər baş tutub.