BAKI, 19 noyabr. TELEQRAF

“Vaşinqton-Pekin münasibətlərində ciddi dəyişikliklərin qarşısını almaq üçün ABŞ Tayvan məsələsində düzgün hərəkət etməlidir”.

Teleqraf xəbər verir ki, bunu Çin Sədri Si Cinpin Şençjen şəhərində ABŞ Prezidenti Donald Trampla görüşündə bildirib.

“Amerika tərəfi Tayvan məsələsində Çin-Amerika münasibətlərində ciddi dəyişikliklərin qarşısını almaq üçün ardıcıl şəkildə düzgün hərəkət etməlidir”, - Si Cinpin vurğulayıb.