BAKI, 19 noyabr. TELEQRAF
Azərbaycan İraq türkmanlarının milli kimliklərini qorumaq istiqamətindəki səylərinə dəstək verməyə hazırdır.
Teleqraf xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin İdarə Heyəti sədrinin müavini Cavid Vəliyev “Azərbaycan və İraq türkmanları arasında ictimai münasibətlər: Reallıqlar və perspektivlər” adlı tədbirdə bildirib.
O qeyd edib ki, son dövrlərdə İraq türkmanlarının ölkənin siyasi həyatında təmsilçiliyi artıb:
“İraq türkmanları milli kimliklərini qorumaq istəyirlər və bu istiqamətdə Azərbaycana xüsusi önəm verirlər. İki tərəf arasında ortaq tarix və qarşılıqlı dəstək gələcək əməkdaşlıq üçün geniş imkanlar yaradır”.