BAKI, 19 noyabr. TELEQRAF

“Ermənistanın bu regionda düşməni yoxdur. Ermənistanın ən böyük düşməni ölkə ərazisində fəaliyyət göstərən və siyasi birliklər yaradan xarici agentlərdir”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan jurnalistlərə açıqlamasında deyib.

“Ermənistan Respublikasının regionda heç bir düşməni yoxdur. Ermənistanın ən böyük düşməni ölkədə fəaliyyət göstərən və siyasi birliklər yaradan xarici agentlərdir. Ən böyük təhlükə məhz budur”, - Simonyan bildirib.