BAKI, 16 noyabr. TELEQRAF

Gələn il üçün dövlət büdcəsinin yerli xərcləri 735,6 mln. manat həcmində proqnozlaşdırılıb.

Teleqraf xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin Milli Məclisin plenar iclasında müzakirəsi zamanı bildirib.

Nazir, bununla yanaşı bələdiyyə büdcələri üçün 13,5 mln. manat məbləğində dotasiya, subvensiya və subsidiyanın nəzərdə tutulduğunu qeyd edib.
Eyni zamanda, Sahil Babayev 2027-ci il üzrə dövlət büdcəsinin kəsirinin 3,1 mlrd manat, yaxud ÜDM-in 2,2%-i səviyyəsində pronozlaşdırıldığını bildirib.