BAKI, 16 noyabr. TELEQRAF

2027-ci ildə ölkə daxilində və xaricində beynəlxalq tədbirlərin keçirilməsi üçün 231 mln. manat vəsait nəzərdə tutulub.

Teleqraf xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin Milli Məclisin plenar iclasında müzakirəsi zamanı bildirib.

Nazir bildirib ki, səfirlik və diplomatik nümayəndəliklərin xərcləri üçün 230 mln. manat, beynəlxalq maliyyə institutlarının səhm kapitalında iştiraka görə 67,5 mln. manat, xaricdəki mədəniyyət mərkəzlərinin və ticarət nümayəndəliklərinin saxlanılması üçün 21,7 mln. manat və s. istiqamətlər üzrə təxsisatlar dövlət büdcəsində əks olunub.