BAKI, 14 noyabr. TELEQRAF

Misir millisinin hücumçusu Məhəmməd Salah yığmanın tarixində ən çox qol vuran futbolçu adına sahib çıxıb.

Teleqraf xəbər verir ki, 34 yaşlı forvard bu uğura Afrika Millətlər Kubokunun seçmə mərhələsində Malavi ilə keçirilən qarşılaşmada nail olub.

Misir yığmasının 5:0 hesablı qələbəsi ilə başa çatan görüşdə Salah iki dəfə fərqlənib. O, 84-cü dəqiqədə və əsas vaxta əlavə olunmuş 5-ci dəqiqədə penaltini dəqiq yerinə yetirib.

Bununla da hücumçunun milli komandanın heyətində vurduğu qolların sayı 70-ə yüksəlib. 123 oyunda bu nəticəyə çatan Salah 176 matçda 69 qol vuran Hüssam Həsəni geridə qoyub.

Qeyd edək ki, Salah 2017-ci ildən 2026-cı ilin yayına qədər İngiltərənin "Liverpul" klubunda çıxış edib. O, mersisaydlıların heyətində 442 matçda 257 qol vurub və 123 məhsuldar ötürmə verib.