“Kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi ilə bağlı növbəti il dövlət büdcəsindən 1,4 mlrd. manat ayrılacaq. Bu 2025-ci ilin icra göstəricisi ilə müqayisədə 259 mln. və ya 23 faiz çoxdur”.
Teleqraf xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin Milli Məclisin plenar iclasında müzakirəsi zamanı bildirib.
Nazirin sözlərinə görə, aqrar sektora ayırmalar aqrar ÜDM-in 15.8 faizinə çatacaq.