BAKI, 9 oktyabr. TELEQRAF
“Xəzər dənizinin sahil bölgələrində genişmiqyaslı iqlim dəyişikliyi 2,5 milyondan çox insanın miqrasiyasına səbəb ola bilər”.
Teleqraf xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev deyib.
“Dünya Bankının hesablamalarına görə, 2050-ci ilə qədər regionda təxminən 2,5 milyon insan iqlim amillərinə görə daxili miqrasiya riski ilə üzləşə bilər”, - o, Türkmənistanda keçirilən Xəzər Ekoloji Sammitində çıxış edərkən vurğulayıb.
Tokayev qeyd edib ki, Xəzər dənizinin acınacaqlı vəziyyətini regionun genişmiqyaslı iqlim dəyişikliyindən təcrid olunmuş şəkildə nəzərdən keçirmək olmaz:
“Proqnozlara görə, əsrin sonuna qədər dünyanın bəzi yerlərində temperatur 5 dərəcə arta bilər. Bu, buzların əriməsini, su çatışmazlığını, quraqlığı və torpaqların deqradasiyasını gücləndirəcək”.