BAKI, 7 oktyabr. TELEQRAF
"Düşünürəm ki, "Borussiya Dortmund" heyət keyfiyyətinə, büdcəsinə və azarkeş dəstəyinə görə daha üstündür, onların daha yaxşı oyunçuları var".
Teleqraf xəbər verir ki, bunu Almaniya millisinin əfsanəvi futbolçusu Lotar Matteus Bakıda jurnalistlərə açıqlamasında deyib.
"Siz bir neçə il əvvəl Azərbaycanın başqa bir komandasında ( "Qarabağ" - red.) gördünüz ki, doğru iş ortaya qoyduqda, uğurlu günündə olduqda və kollektiv şəkildə yaxşı çalışdıqda uğur qazanmağın mümkün olduğunu göstərmək olar", - deyə o bildirib.
L.Matteus Azərbaycan futbolunun inkişaf dinamikasına da toxunub:
"Ötən il "Qarabağ", bu il isə "Sabah" olmaqla, Çempionlar Liqasında iki komandanızın mübarizə aparması Azərbaycan futbolu və milli komandanın daha doğru istiqamətdə inkişafı üçün çox yaxşı göstəricidir".