BAKI, 8 oktyabr. TELEQRAF

Futbol üzrə Azərbaycan Kubokunda I təsnifat mərhələsinin növbəti oyunları keçiriləcək.

Teleqraf xəbər verir ki, ikinci oyun günündə daha üç qarşılaşma baş tutacaq.

Azərbaycan Kuboku
I təsnifat mərhələsi
8 oktyabr

14:00. “Difai” – “Zəngəzur”
Hakimlər: Murad Səlimov, Vüqar Bayramov, Sevda Nuriyeva, Rəsul Babayev.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Palms Sports Futbol Mərkəzi (IV meydan).

14:30. “Marafon” – “Dinamo”
Hakimlər: Səbuhi Bayramov, Elmin Süleymanov, Ruslan Babayev, Nəriman Ağayev.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
“Marafon Arena”.

14:30. “Şirvan” – “Kür-Araz”
Hakimlər: Nazim Abdullayev, Məmmədəli Kərimov, Ruslan Məmmədov, Nahid Xasıyev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
Şirvan Olimpiya İdman Kompleksinin stadionu.

Qeyd edək ki, ötən gün “Qaradağ Lökbatan” doğma meydanda “Şəki”ni 12:0 hesabı ilə məğlub edib. “Şəmkir” isə evdə “Ağstafa Gəncləri”nə 1:5 hesabı ilə uduzub.

Azərbaycan Kubokunda I təsnifat mərhələsinə oktyabrın 9-da yekun vurulacaq.