BAKI, 7 oktyabr. TELEQRAF

Azərbaycan Premyer Liqasında "Ayın qolu" layihəsi çərçivəsində "Sabah" futbol klubunun üzvü Ksander Severina mükafatlandırılıb.

Teleqraf Peşəkar Futbol Liqasına (PFL) istinadən xəbər verir ki, avqust ayının ən yaxşı qolunun müəllifinə mükafatı qurumun inzibati binasında PFL prezidenti Elxan Səmədov təqdim edib.

Futbolçu qazandığı pul mükafatını "Sabah Futbol Akademiyası Gələcəyin İstedadları" fonduna təqdim edəcəyini vurğulayıb.