BAKI, 7 oktyabr. TELEQRAF
2026/2027-ci il mövsümü üçün transfer çalışmalarını davam etdirən “Səbail” milli komandamızın formasının geyinmiş Sərtan Taşkınla müqavilə imzalayıb.
Teleqraf xəbər verir ki, son olaraq Türkiyədə “Serik Spor” klubunda çıxış etmiş futbolçu ilə 1+1 illik müqavilə imzalanıb.
Karyerası ərzində “Keşlə”, “Sumqayıt”, “Zirə”, “Turan Tovuz” və “Manisa”da çıxış etmiş 28 yaşlı cinah müdafiəçisi Azərbaycan Premyer Liqasında ümumilikdə 193 qarşılaşmada meydana çıxıb və 13 qola imza atıb.