ŞUŞA, 9 oktyabr. TELEQRAF

İtkin düşmüş şəxslər üzrə “Bakı Dialoqu” çərçivəsində keçirilən IV beynəlxalq konfransın iştirakçıları Şuşa şəhərinə gəliblər.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, nümayəndə heyəti Şuşada inşa olunan yaşayış binaları ilə tanış olub. Səfər çərçivəsində şəhərin tarixi-mədəni məkanlarına da baş çəkiləcək.