BAKI, 9 oktyabr. TELEQRAF
“O, bizdən heç yerə qaça bilməyəcək”.
Teleqraf xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko MDB-nin Türkmənistanda keçirilən sammitində foto çəkdirmə mərasimində Ermənistan Baş naziri Nikol Paşinyana xitabla deyib.
Sammit iştirakçılarının birgə fotosessiyası zamanı Paşinyan Lukaşenko ilə Azərbaycan Prezidenti İlham Əliyevin arasında dayanıb.