ŞUŞA, 9 oktyabr. TELEQRAF
İtkin düşmüş şəxslərin taleyinin naməlum qalması onların ailələri və icmaları üçün ağır mənəvi sarsıntıdır.
Bunu Böyük Britaniya Lordlar Palatasının üzvü Qrem Stüart Bredi Şuşaya səfəri zamanı Teleqraf-ın yerli bürosuna açıqlamasında bildirib.
Britaniyalı deputat Xocalı soyqırımı memorialını ziyarət edərkən faciə qurbanlarının taleyi ilə bağlı hekayələrlə tanış olduqlarını deyib:
"Şuşada aparılan bərpa işləri isə şəhərin dirçəlişini görmək baxımından müsbət təəssürat yaradır".
Qrem Stüart Bredi yeni məscidin inşasını, yaşayış evlərinin tikintisini, səhiyyə müəssisələrinin və məktəblərin yaradılmasını yüksək qiymətləndirib.
O vurğulayıb ki, bu işlər məcburi köçkünlərin doğma yurdlarına qayıdaraq ailələri ilə birlikdə yaşamasına imkan verəcək.
Lordlar Palatasının üzvü Şuşada görülən işlərdən məmnun qaldıqlarını qeyd edib.