BAKI, 9 oktyabr. TELEQRAF

Azərbaycanın Budapeştdəki səfiri Esmira Cəfərova Macarıstan Xarici İşlər Nazirliyinin (XİN) dövlət katibi Klara Broyerlə ikitərəfli əlaqələri müzakirə edib.

Teleqraf xəbər verir ki, bu barədə Esmira Cəfərova sosial media hesabında paylaşım edib.

"Macarıstan XİN-in dövlət katibi Klara Broyerlə Azərbaycan və Macarıstan arasındakı münasibətlərin cari vəziyyəti barədə açıq müzakirə aparmaq böyük məmnunluq idi", - o bildirib.