BAKI, 8 oktyabr. TELEQRAF

“İnter Mayami”nin futbolçusu Luis Suares Argentina millisində son oyununa çıxan komanda yoldaşı və yaxın dostu Lionel Messiyə vida sözləri yazıb.

Teleqraf xəbər verir ki, uruqvaylı hücumçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

“Bu gün sən milli komanda futbolçusu kimi arxanda rekordlarla, möhtəşəm anlarla və unudulmaz xatirələrlə dolu bir miras qoyursan. Cənubi Amerika və dünya futbolu tarixinə düşmüsən. Harada oynamısansa, hər yerdə öz izini qoymusan, rəqiblərinə həmişə hörmət etmisən. Bu da səni daha böyük edir.

Bütün nailiyyətlərin münasibətilə səni təbrik edirəm. Heç vaxt təslim olmadın və bir çoxumuza öyrətdin ki, məqsədinə çatmaq üçün çalışsan, istənilən arzunu reallaşdıra bilərsən.

Sən futbolçu kimi nümunəsən – bu, göz qabağındadır. Amma eyni zamanda möhtəşəm insan, komanda yoldaşı və dost olaraq qalırsan. Təşəkkür edirəm, təşəkkür edirəm, təşəkkür edirəm! Səninlə eyni dövrdə yaşamaq imkanına görə həmişə minnətdar olacağam. Səni çox sevirəm!”, – Suares yazıb.

Qeyd edək ki, Messinin vida matçında Argentina millisi Benini 3:0 hesabı ilə məğlub edib. Lionel Messi görüşdə bir qol vurub, iki məhsuldar ötürmə edib.