BAKI, 7 oktyabr. TELEQRAF
İspaniya millisinin futbolçusu Mikel Merino 2025-ci ilin əvvəlindən əvəzetmədən sonra vurduğu qolların sayına görə Avropada liderdir.
Teleqraf xəbər verir ki, bu barədə “Opta” məlumat yayıb.
Merino ehtiyatda başladığı 16 matçda 6 dəfə fərqlənib. Bu, Avropa milli komandalarının futbolçuları arasında ən yüksək göstəricidir.
Yarımmüdafiəçi oktyabrın 6-da Millətlər Liqasının qrup mərhələsinin IV turunda Xorvatiya ilə oyunda (2:1) dubl edib.
Ümumilikdə Luis de la Fuentenin rəhbərliyi altında Merino əvəzetmədən sonra 7 qol vurub. O, bu göstəriciyə görə İspaniya millisinin futbolçuları arasında liderdir.