BAKI, 9 oktyabr. TELEQRAF
Bu gün Azərbaycan Premyer Liqasında VII tura start veriləcək.
Teleqraf xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutacaq.
Əvvəlcə “Araz-Naxçıvan” “Kəpəz”lə üz-üzə gələcək. Şamaxı şəhər stadionunda keçiriləcək qarşılaşmanı Rəşad Əhmədov idarə edəcək.
Turun mərkəzi görüşündə isə “Neftçi” “Sabah”ı qəbul edəcək. Paytaxt derbisinin baş hakimi Rauf Cabbarov olacaq.
Qeyd edək ki, tura oktyabrın 11-də yekun vurulacaq.
Azərbaycan Premyer Liqası
VII tur
9 oktyabr
16:00. “Araz-Naxçıvan” – “Kəpəz”
Hakimlər: Rəşad Əhmədov, Elşad Abdullayev, Tərlan Talıbzadə, Niyaz Əhmədov
VAR: Rəvan Həmzəzadə
AVAR: Şirmamed Mamedov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Şamaxı şəhər stadionu
19:30. “Neftçi” – “Sabah”
Hakimlər: Rauf Cabbarov, Akif Əmirəli, Vüsal Məmmədov, Emin Əliyev
VAR: Kamal Umudlu
AVAR: Teymur Teymurov
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov
“Palms Sports Arena”