BAKI, 7 may. TELEQRAF
“Bavariya”nın qapıçısı Manuel Noyer yaxın vaxtlarda Münhen klubu ilə müqaviləsini uzadacaq.
Teleqraf xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Məlumata görə, müqavilənin bir il artırılması məsələsində tərəflər arasında yekun razılaşma əldə olunmaq üzrədir.
Qeyd edək ki, 40 yaşlı qolkiper 2011-ci ildən “Bavariya”nın formasınl geyinir.