BAKI, 20 aprel. TELEQRAF

Almaniya Bundesliqasının 30-cu həftəsində "Bavariya" "Ştutqart"ı qəbul edib.

Teleqraf xəbər verir ki, "Allianz Arena"da keçirilən matçda ev sahibi komanda 4:2 hesabı ilə qalib gəlib.

Beləliklə, mövsümün bitməsinə 4 tur qalmış "Bavariya" 79 xalla Bundesliqa çempionluğunu rəsmiləşdirib. Münhen klubunun ən yaxın rəqibi "Borussiya Dortmund" 64 xalla ikincidir.

Qeyd edək ki, "Bavariya" 35-ci dəfə bu titulun sahibi olub.