BAKI, 13 fevral. TELEQRAF
İtaliya polisi uzun müddətdir axtarışda olan şəxsi Qış Olimpiya Oyunları sayəsində həbs edib.
Teleqraf xəbər verir ki, bu barədə "NBC News" məlumat yayıb.
Məlumata görə, İtaliya məhkəməsinin 16 il əvvəl barəsində həbs qərarı çıxardığı 44 yaşlı Slovakiya vətəndaşı çərşənbə günü öz milli komandasına dəstək olmaq üçün İtaliyaya gəlib. O, hokkey üzrə Slovakiya – Finlandiya matçını izləməyi planlaşdırıb.
Qeyd olunur ki, sözügedən şəxs 2010-cu ildə mağazalarda silsilə oğurluqlar etdiyi üçün bir il müddətinə azadlıqdan məhrum edilib. Cinayətkar Milanda qonaq evində qeydiyyatdan keçən zaman müəyyən edilib və dərhal saxlanılıb.
Xatırladaq ki, fevralın 11-də Milanda keçirilən görüşdə Slovakiya yığması Finlandiyaya 4:1 hesabı ilə qalib gəlib.