BAKI, 9 fevral. TELEQRAF

“Bavariya”nın futbolçusu Luis Dias Almaniya Bundesliqasında het-trik edən ikinci kolumbiyalı futbolçu olub.

Teleqraf xəbər verir ki, 29 yaşlı futbolçu buna “Hoffenheim”i 5:1 hesabı ilə məğlub etdikləri matçda nail olub.

Dias görüşün 45+2 62 və 89-cu dəqiqələrində fərqlənib.

Daha öncə Bundesliqada bunu 2019-cu ildə James Rodrigez bacarmışdı.

Qeyd edək ki, Luis Dias 2025-ci ilin yayında “Liverpul”dan “Bavariya”ya keçib. Onun hazırki müqaviləsi 2029-cu ilə qqədərdir.