BAKI, 2 yanvar. TELEQRAF

Almaniyanın “Bavariya” klubu rəsmi saytı vasitəsilə məşqçi Danyel Fredli ilə müqavilə imzalandığını açıqlayıb.

Teleqraf xəbər verir ki, Fredli bu təyinata qədər İngiltərənin “Mançester Siti” komandasında Pep Qvardiolanın məşqçilər korpusunda yer alırdı.

O, Münhen təmsilçisində baş məşqçi Vensan Kompaninin köməkçisi vəzifəsini icra edəcək.

Qeyd edək ki, “Bavariya” hazırda Bundesliqanın 15 turundan sonra 41 xalla turnir cədvəlinin ilk pilləsində qərarlaşıb.