BAKI, 31 dekabr. TELEQRAF

Braziliya futbolunun əfsanəsi Roberto Karlos ürəyində yaranan problemlə əlaqədar cərrahiyyə əməliyyatı keçirib.

Teleqraf xəbər verir ki, bu barədə jurnalist Melçor Ruis məlumat yayıb.

Veteran futbolçunun həyatı üçün heç bir təhlükə yoxdur, lakin o, yaxın bir neçə saat ərzində həkim nəzarətində qalacaq.

Qeyd edək ki, karyerasının böyük hissəsini İspaniyanın “Real Madrid” klubuna həsr edən Roberto Karlos İtaliyada “İnter”, Türkiyədə “Fənərbağça”, Rusiyada “Anji” kimi klublarda da çıxış edib.