BAKI, 31 dekabr. TELEQRAF

İngiltərənin "Mançester Yunayted" klubu yanvarda heyətini Almaniyanın "Leypsiq" komandasının gənc futbolçusu Yann Diomande ilə gücləndirməyi planlaşdırır.

Teleqraf xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb.

19 yaşlı cinah oyunçusu ilə "Bavariya" və PSJ də maraqlanır.

Bundesliqa təmsilçisi Diomandeni 100 milyon avrodan aşağı qiymətə satmaq niyyətində deyil.

Qeyd edək ki, Yann Diomande cari mövsüm ərzində meydanda olduğu 16 oyunda 7 qol və 4 məhsuldar ötürmə müəllifi olub.