BAKI, 23 dekabr. TELEQRAF

Məşhur “Transfermarkt” portalı Azərbaycan Premyer Liqasında çıxış edən futbolçuların yeni bazar dəyərini açıqlayıb.

Teleqraf xəbər verir ki, siyahıda yer alan ilk 10 futbolçunun 9-u "Qarabağ"ın şərəfini qoruyur.

Ölkə çempionatımızın ən bahalı oyunçusu "Qarabağ"ın yarımmüdafiəçisi Leandro Andradedir.

Onun bazar dəyəri 3 milyon avrodur. Kabo-verdeli oyunçunun qiyməti ötən illə müqayisədə 500 min avro qalxıb.

Ağdam təmsilçisinin hücumçusu Nəriman Axundzadənin də dəyəri yarım milyon avro artıb. Onun bazar qiyməti hazırda 2,5 milyon avrodur.

Axundzadənin komandası yoldaşı Kadi Borges də eyni dəyərə malikdir.

Azərbaycan Premyer Liqasının ən bahalı 10 futbolçusu:

1. Leandro Andrade ("Qarabağ") - 3 milyon avro

2. Nəriman Axundzadə ("Qarabağ") - 2,5 milyon avro

3. Kadi Borges ("Qarabağ") - 2,5 milyon avro

4. Mateuş Koxalski ("Qarabağ") - 2 milyon avro

5. Toral Bayramov ("Qarabağ") - 1,8 milyon avro

6. Aleksey Kaşuk ("Qarabağ") - 1,8 milyon avro

7. Pedro Bikalyo ("Qarabağ") - 1,5 milyon avro

8. Emmanuel Addai ("Qarabağ") - 1,5 milyon avro

9. Elvin Cəfərquliyev ("Qarabağ") - 1,5 milyon avro

10. Timoteuş Puxaç ("Sabah") - 1,5 milyon avro