BAKI, 23 dekabr. TELEQRAF
Afrika Millətlər Kubokunun birinci turunda Misir yığması Zimbabveni 2:1 hesabı ilə məğlub edib.
Teleqraf xəbər verir ki, bu oyunda Misir millisi rəqibin qapısına 35 zərbə endirib və səkkiz qol fürsəti yaradıb.
Hər iki rəqəm 2010-cu ildən bəri Afrika Millətlər Kubokunun bir matçı üçün ən yüksək göstərici olub.
Hazırda Afrika Millətlər Kubokunun B qrupunda Misir və Cənubi Afrika Respublikasının üç xalı var, Zimbabve və Anqola isə xalsızdır.