BAKI, 22 dekabr. TELEQRAF
“Qəbələ”nin qış hazırlıq planı bəlli olub.
Teleqraf xəbər verir ki, Azərbaycan Premyer Liqasının XVI turunun “Qarabağ”la dekabrın 21-də keçirilən oyundan sonra istirahətə buraxılan komandamız yanvarın 3-də toplaşacaq.
Hazırlıq prossesinin birinci mərhələsi yanvarın 13-dək Qəbələdə olacaq. “Qırmızı-qaralar” hazırlıq mərhələsinin ikinci hissəsini 14-18 yanvar tarixlərində Bakıda keçirəcək.
Komandanın toplanış çərçivəsində 3 yoxlama oyunu keçirməsi nəzərdə tutulur. Rəqiblər isə hələki müəyyənləşməyib.
Qeyd edək ki, “Qəbələ” 2026-ci ildə ilk rəsmi oyununu Azərbaycan Premyer Liqasının XVII turu çərçivəsində yanvarın 24-ü səfərdə “Şamaxı”ya qarşı keçirəcək.