BAKI, 30 noyabr. TELEQRAF
“Bavariya” Almaniya Bundesliqasında yeni rekorda imza atıb.
Teleqraf xəbər verir ki, Vensan Kompaninin rəhbərlik etdiyi kollektiv ölkə çempionatının turnir cədvəlinə ardıcıl 44 tur başçılıq edərək tarixin ən uzun müddətli lideri olub.
Bu tarixi uğur komandanın ötən gün “Sankt Pauli” üzərində 3:1 hesabı ilə qazandığı inamlı qələbədən sonra reallaşıb.
Əvvəlki rekord 1972/73 mövsümündən bəri toxunulmaz qalırdı.
Qeyd edək ki, “Bavariya” hazırda 34 xalla Bundesliqanın lideridir və ən yaxın izləyicisi olan “Leypsiq” komandasını 8 xal fərqi ilə qabaqlayır.