BAKI, 20 noyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp sosial şəbəkə hesabında Səudiyyə Ərəbistanının "Əl Nəsr" klubunun futbolçusu Kriştianu Ronaldu ilə Ağ Evdəki görüşündən video paylaşıb.

Teleqraf xəbər verir ki, paylaşılan video süni intellekt (Sİ) istifadə edilərək hazırlanıb.

Videoda Ronaldu topla oynayır.

Qeyd edək ki, Kriştianu Ronaldu Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salmanın səfəri şərəfinə Ağ Evdə keçirilən şam yeməyində xüsusi qonaqlardan biri olub.